Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanlı konkisürən özünə proqram hazırlayıb – Karantin dövründə

29 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bir neçə il əvvəl valideynlərimin məşq keçdiyi uşaq üçün proqram tərtib etdim. Artıq bir neçə aydır ki, öz məşqimdən əvvəl və ya hazırlıqlar arasında uşaqlar üçün proqram qururam”.

Press.az xəbər verir ki, bunu Azərbaycan millisinin fiqurlu konkisürəni Yekaterina Ryabova deyib.

Rusiya mətbuatına müsahibə verən idmançı bildirib ki, öz çıxışlarının proqramını özü tərtib edir: “Uşaqların valideynləri işimə müsbət yanaşdı. Öz məşqçilərim Aleksandr Volkov və həyat yoldaşı Martina mənə onların qrupunda hazırlıq keçən uşaqlarla işləmək imkanı yaratdı. Onlar bilirdi ki, mən proqram tərtib edirəm. Üstəlik, özüm üçün də sərbəst proqramı hazırladım. Proqramımı dəyişmək lazım idi. Yeniyetmələrin dünya çempionatından sonra böyüklərin mundialına hazırlaşırdım. Amma həmin turniri də ləğv etdilər. Öz proqramım olmadan otura bilmirəm. Karantindən sonra daim işə uyğunlaşmaq lazımdır. Qərara gəldim ki, döşəmə üzərində hazırlıq keçərək özümə proqram qurum. 3 aydan sonra bu barədə məşqçilərə dedim. Martina belə edəcəyimi gözlədiyini dedi. O təklif etdi ki, proqramı göstərim və üzərində işləyək. Karantin başlayandan bir ay sonra proqram üzərində çalışmağa başladım. Məşqçilər isə bilmirdi. Sonra buz üzərinə çıxdım və dedim ki, bir proqramı xatırlayıram, sərbəst çıxışım da var”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI