Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qışda dərinizi bu möcüzə ilə şaxtadan qoruyun - RESEPT

29 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Soyuq hava, şaxta ən çox da dərimizə ziyan vurur. Qış mövsümündə xüsusən də üz dərimiz ikiqat həssaslaşır. Bahalı kosmetoloji prosedurlara qaçmadan üzünüzü təravətləndirən, nəmliyini geri qaytaran bu maskanı istifadə edin.

Press.az Publika.az-a istinadən xəbər verir ki, nəmləndirici maskanı hazırlamaq üçün 1 çay qaşığı qarğıdalı unu, apardığı qədər duzsuz kərə yağı, 1 çay qaşığı zeytun yağı lazım olacaq.

Hazırlanma qaydası və tətbiqi:

Qarğıdalı unu, kərə yağı və zeytun yağını bir kasada qatılaşanadək qarışdırandan sonra 15 dəqiqə gözlədin. Təmiz dərinizə tətbiq edib qurumağını gözləyin. Quruyan maskanı ilıq su ilə yuyub təmizləyin.

Bu maskanı həftədə bir dəfə tətbiq etmək kifayətdir.

Oxşar xəbərlər
OTACI