Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhid polkovnikin səs yazısı yayıldı - Video

29 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tovuz döyüşlərində şəhid olmuş polkovnik İlqar Mirzəyevin dostuna göndərdiyi son səsli mesajı yayılıb.

Press.az Bakipost.az-a istinadla xəbər verir ki, mesaj əsasında "Azpromedia" şirkəti tərəfindən video-çarx hazırlanıb.

"Azpromedia"nın direktoru Tural Museyibov şəhid polkovnikin səsini yaşatmaq məqsədilə belə bir addım atdıqlarını deyib:

"2020-ci ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş polkovnik İlqar Mirzəyev şəhidlik zirvəsinə ucalmazdan bir gün əvvəl əziz dostuna qələbə ruhlu səsli mesaj göndərib. "Azpromedia" olaraq şəhid polkovnikin son səsli mesajını əbədi yaşatmaq istədik. Bu məqsədlə də ailəsinin razılığı ilə həmin mesaja video çarx hazırladıq. Bildirmək istədik ki, artıq Qarabağ azaddır! Ruhun şad olsun, cənab Polkovnik!"

 

Oxşar xəbərlər
OTACI