Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əlilliyi olan şəxslər üçün açıq havada “DOST Guşəsi” idman-əyləncə sahəsi istifadəyə verilib - Video

29 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Heydər Əliyev Fondunun təşəbbüsü və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Bakının Xətai rayonundakı idman-əyləncə park kompleksində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün "DOST Guşəsi” adlı idman və əyləncə sahəsi istifadəyə verilib.

Press.az xəbər verir ki, burada fiziki məhdudiyyətli şəxslərin müxtəlif idman növləri ilə məşğul ola bilmələri, asudə vaxtlarını keçirmələri məqsədilə, həmçinin onların istifadə imkanlarına uyğun idman avadanlıqları, karusellər və əlavə qurğular quraşdırılıb. Əlil arabasında olan şəxslər də ərazidə idmanla məşğul ola, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar əyləncə qurğularından yararlana biləcəklər.

Daha ətraflı videodan izləyə bilərsiz:

 

Oxşar xəbərlər
OTACI