Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tayson 54 yaşında bu cür döyüşdü - VİDEO

29 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünən yerli vaxtla axşam saat 22.00-dan etibarən (Bakı vaxtı ilə bu gün səhər 6-da) dünyanın diqqəti Los Ancelesdə idi. Dünya boksunun iki əfsanəsi - Mayk Taysonla Roy Consun sərgi xarakterli döyüşü azarkeşlər tərəfindən səbirsizliklə gözlənilirdi. 

Press.az xəbər verir ki, "WBC Frontline Battle" kəməri uğrunda "Staples Center"də baş tutan döyüşdə raundlardakı dəqiqələrin sayı hər iki idmançının razılığı əsasında 3 yox, daha az dəqiqə təşkil edib. Daha doğrusu, Tayson peşəkar boksun qaydalarına əsasən döyüşmək istəyirmiş və buna görə də raundlarının hərəsinin 3 dəqiqədən ibarət olmasını tələb edib. Yekunda təşkilatçılar yaş amilini nəzərə alaraq bu cür qərar qəbul ediblər.

Kifayət qədər maraqlı, qarşılıqlı zərbələrlə müşayiət olunan duelin sonunda Mayk Taysonun narazılığı diqqətdən yayınmayıb. Məlum olub ki, "Dəmir"in narazılığı hakimin döyüşü heç-heçə başa vurmasına görəymiş. Bir sözlə, əfsanələrin döyüşündə bərabərlik qeydə alınıb.

Qeyd edək ki, 54 yaşlı Mayk peşəkar karyerasını 2005-ci ildə, 39 yaşında başa vurub. Milyonların sevimlisi keçirdiyi 58 döyüşdən 50-sində qələbə qazanıb ki, bunlardan 44-ü nokautla olub.

51 yaşlı Roy Consun hesabında isə 75 duel var. 66 qalibiyyət, onlardan 47-si nokautla.

Taysonla Cons arasındakı döyüşün videonu təqdim edirik:

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI