Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin ilk iclası keçirilib - FOTOLAR

28 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Noyabrın 27-də Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin ilk iclası keçirilib. Dünyanı bürümüş COVİD-19 səbəbindən videotoplantı şəklində keçən ilk iclasa CEV prezidenti Aleksandr Boriçiç rəhbərlik edib.

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi, CEV İdarə Heyətinin üzvü Cəlil Cəfərovun da iştirak etdiyi iclasda 2020-2024-cü illərdə fəaliyyət göstərəcək komissiyaların tərkibi müəyyənləşib. Azərbaycan Voleybol Federasiyasının 3 namizədi - Regional İnkişaf Mərkəzinin direktoru Nərgiz İsmayılova - Avrokuboklar Komissiyasına, Azərbaycan Voleybol Federasiyasının həkimi Vüsalə Kazımova - Avropa Tibb Komissiyasına, AVF-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mixail Frişman - Avropa İdman Təşkilatı Komissiyasına üzv seçilib.

Cənab Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev hər zaman ölkəmizin daha da inkişaf etməsi üçün bütün sahələrə böyük diqqət göstərib. Ölkə idmanı və idmançılarımız həmişə bu diqqəti hiss ediblər. Məhz bu diqqətin nəticəsidir ki, Azərbaycan bu gün dünyada, Avropada idman ölkəsi kimi tanınır.

Azərbaycan Voleybol Federasiyasının prezidenti cənab Cavid Qurbanov da AVF-yə rəhbərlik etdiyi gündən ölkəmizdə idmanın bu növündə intibah dövrü yaşanır. O, voleybolumuzun daha da yüksəklərdə olması üçün müvafiq tapşırıqlar verir və hər bir komandanı, oyunçunu belə diqqətdə saxlayır. Bu da milli komandalarımızın uğurlu sabahına hesablanıb.

Beynəlxalq qurumların ölkəmizə inamı da Azərbaycan Voleybol Federasiyasının məqsədyönlü siyasətinin və inkişafının bariz nümunəsidir. Çünki daha öncə də CEV ölkəmizə daim etimad göstərib. Həmişə beynəlxalq oyunları Azərbaycana çəkinmədən verən qurum oktyabrın 16-da da AVF-yə güvənini ortaya qoyub. Avstriya paytaxtı Vyanada baş tutan 41-ci Baş Assambleyada AVF-nin baş katibi Cəlil Cəfərov CEV İdarə Heyətinə üzv seçilib. Xüsusilə C.Cəfərovun həlledici mərhələdə CEV prezidentliyinə namizədliyini irəli sürən, lakin uduzan estoniyalı Hanno Pevkura 12 səs fərqi ilə qalib gəlməsi ölkəmizin beynəlxalq qurumdakı nüfuzunun sayəsində reallaşıb. Cəlil Cəfərovun CEV İdarə Heyətinə üzv seçilməsi voleybol tariximizə ilk kimi düşüb.

Təbii ki, 56 federasiyanı özündə birləşdirən CEV-in İdarə Heyətinə Azərbaycan Voleybol Federasiyasının baş katibinin seçilməsi, CEV komissiyalarında azərbaycanlıların üzv seçilməsi ölkəmizdə dövlətin idmana, voleybola olan diqqət və qayğının əyani sübutudur. Bu uğura birgə nail olduğumuz üçün bütün voleybolsevərləri təbrik edirik. Çünki beynəlxalq aləmdə Azərbaycan bütün sahələrdə olduğu kimi, idmanda da liderlərdən olduğu qəbul edilib. İnanırıq ki, ölkə başçımız, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində idmanda və bütün sahələrdə uğurlarımız daha da artacaq. Ali Baş Komandanın uğurlu siyasəti, Ordumuzun gücü sayəsində ərazi bütövlüyümüz yenidən bərpa olunub. AVF olaraq inanırıq ki, idmançılarımız tezliklə işğaldan azad edilən torpaqlarımızda öz sözlərini deyəcək, doğma rayonlardan əlavə güc aldıqlarını dünyaya göstərəcəklər.

COVİD-19 səbəbindən ölkəmizdə karantin elan edildiyindən idman yarışları, məşqlər keçirilmir. Amma AVF-nin prezidenti Cavid Qurbanovun tapşırığı ilə ölkəmizdə voleybolun daha da inkişaf etməsi, xüsusilə Qarabağda kütləviləşməsi istiqamətində işlərə tezliklə start veriləcək. Xüsusi layihələrlə doğma idman növümüz ölkəmizdə daha da populyarlaşacaq və həmişəki kimi meydanda əsas hədəfimiz qələbə olacaq.

Bir daha xalqımızı bütün qələbələr münasibəti ilə təbrik edirik. Ölkəmizə, xalqımıza qələbə çox yaraşır. İnanırıq ki, Azərbaycan daha da güclü  dövlət olacaq və biz bütün sahələrdə böyük uğurlar əldə edəcəyik.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI