Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Beynəlxalq ictimaiyyət terrorizmin qarşısında dayanmalıdır - Zərif

28 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Beynəlxalq ictimaiyyət dövlət terrorizmi qarşısında dayanmalıdır.

Press.az-ın məlumatına görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün Twitter səhifəsində yazıb.

M.C.Zərifin sözlərinə görə, terrorçular İranın daha bir aliminə qarşı terror aktı törədiblər. Bu terrorlar beynəlxalq qaydaları, humanizm prinsiplərini pozur.

Zərif əlavə edib ki, region və dünyada sülh və stabilliyi qorumaq məqsədilə İran terrorizmlə mübarizədə ön xəttəddir:
"Beynəlxalq ictimaiyyəti dövlət terrorizmini pisləməyə və regionda gərginliyi azaltmaq qarşısında konsensus yaratmağa çağırırıq".

Qeyd edək ki, ötən gün (27 noyabr) İranın Tehran vilayətinin Absərd şəhərində İranın nüvə alimi Möhsün Fəxrizadəyə sui-qəsd olunub. Sui-qəsd nəticəsində ağır yaralanan iranlı alim xəstəxanada ölüb.

Oxşar xəbərlər
OTACI