Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİN-in mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək

28 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili işlər orqanlarında ictimaiyyətlə əlaqələrin səmərəli təşkili, polis-media və polis-vətəndaş münasibətlərinin daha da gücləndirilməsi daim diqqət mərkəzində saxlanılan məsələlərdən biridir.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən Press.az-a verilən məlumata görə, bununla yanaşı, qəzet oxucularının müasir dövrdə əsasən elektron kütləvi informasiya vasitələrinə marağının daha böyük, internet medianın isə geniş auditoriyaya malik olması nəzərə alınaraq orqan və hissələrin fəaliyyətinin təkmilləşdirilməsi və strukturunun optimallaşdırılması üzrə tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin “Mübariz keşikdə” və Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzetlərinin redaksiya heyətləri vahid qurumda birləşdirilib. Nəticə etibarı ilə 2021-ci ilin yanvar ayından başlayaraq nazirliyin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək.

Oxşar xəbərlər
OTACI