Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

SON DƏQİQƏ: Nazirlər Kabineti təhsillə bağlı QƏRAR VERDİ

28 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyada və Azərbaycanda pandemiya ilə bağlı məktəb və universitetlərdə dərslər onlayn formada keçirilir. Bir çox mütəxəssislər koronavirus pandemiyasının yanvar ayına kimi bitəcəyini proqnozlaşdırır. Azərbaycanda yanvardan dərslər ənənəvi qaydada keçirilə bilərmi?

Bununla bağlı danışan deputat Müşfiq Cəfərov bildirib ki, bu qədər yoluxma ilə məktəblərin yenidən ənənəvi qaydada açılmasına inanmıram:

"Çünki yoluxanların və ölənlərin sayında xeyli artım var. Əgər yoluxanların sayındakı artım azalarsa, bu barədə düşünmək olar. Artıq uşaqlar da onlayn dərsə uyğunlaşıbdır. Ölkədə müharibə dayandığına görə internet bərpa olundu. Ona görə də onlayn dərslə bağlı narahatlıq yoxdur. Ancaq statistika aşağı düşsə və vəziyyət stabilləşərsə o halda ənənəvi təhsilə qayıda bilərik. İlkin mərhəldə təbii ki, ibtidai siniflər üçün, xüsusilə də birinci və ikinci siniflər üçün ənənəvi təhsil önəmlidir. Hər şey yoluxanların statistikasından asılı olacaq. Əgər vəziyyət müsbətə doğru gedərsə, bu məsələ müzakirə oluna bilər".

Sonxeber.az

Oxşar xəbərlər
OTACI