Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb - FOTO

28 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Press.az-a verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayonun İbrahimhacılı kənd sakini Sakit Gülməmmədovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, Qazax rayonuna getməsi aşkarlanıb.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə S.Gülməmmədov yaşadığı evə göndərilib, onun barəsində RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI