Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirusa qarşı peyvəndlərin əsas çatışmazlığı açıqlandı

27 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hazırda dünyada kliniki sınaq mərhələsində olan koronavirus peyvəndlərinin əsas çatışmazlığı onun iki dəfə tətbiq edilməli olmasıdır.

“George Mason” Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova “RİA Novosti”yə verdiyi müsahibədə bu barədə danışıb.

“İnsanların ilk peyvəndi alandan sonra ikinci dəfə peyvənd edilməyi unutmaları və ya buna bəzi əleyhdarların olması kimi böyük risk mövcuddur”, - deyə o qeyd edib.

Mütəxəssisin sözlərinə görə, insanlar yalnız ilk peyvəndi alıb, ikinci dəfə peyvənd olunmasalar, bu onun təsirini azaldacaq.

Eyni zamanda, professor əlavə edib ki, Çin alimləri bir mərhələli peyvənd yaradıblar, lakin onun effektivliyi hələ müəyyənləşdirilməyib.

Oxşar xəbərlər
OTACI