Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

De Byazi "The Best" mükafatında kimə səs verəcəyini açıqladı

27 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi FIFA-nın “The Best” mükafatı üçün hansı futbolçuya səs verəcəyini açıqlayıb.

Press.az xəbər verir ki, italiyalı mütəxəssis "Sportowefakty" nəşrinə müsahibəsində Polşa millisinin və "Bavariya"nın hücumçusu Robert Levandovskini seçəcəyini deyib:

"Birincisi, son vaxtlar onu ən yaxşı hesab edirəm. İkincisi, nəhayət nəsə dəyişməlidir. Son illərdə dəfələrlə Messi və ya Ronaldo bu ada layiq görülüb. Artıq yeni oyunçunun seçilməsinin vaxtıdır. Çünki Levandovski uzun müddətdir zirvədədir. Digər mövqelərə gəldikdə isə, Məhəmməd Salah və Kriştiano Ronaldonun oyununa valeh oluram. Ronaldonu xüsusi qeyd edərdim.  O, qeyri-adi futbolçudur".

Qeyd edək ki, "The Best" mükafatı dekabrın 17-də təqdim ediləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI