Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda bu qaydalar dəyişdi - Dekabrın 2-dən...

27 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dekabrın 2-dən 23-dək məhkəmələrdə vətəndaşların qəbulu dayandırıldığından, qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçiriləcək.

Press.az-ın məlumatına görə, bu, Ali Məhkəmənin xüsusi karantin rejimində məhkəmələrin fəaliyyəti ilə bağlı qərarında yer alıb.

Qərara əsasən, məhkəmələr fiziki və hüquqi şəxslərin ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini yalnız poçt vasitəsilə və ya elektron şəkildə qəbul edəcəklər.

Qeyd edək ki, Ali Məhkəmə 2020-ci il 2 dekabr saat 06:00-dan 23 dekabr saat 06:00-dək təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınması barədə qərar verib.

Oxşar xəbərlər
OTACI