Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Payızın gecikməsi düzgün deyilmiş

27 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yer kürəsindəki isinmə nəticəsində payız fəslinin getdikcə daha gec gəlməsi barədə geniş yayılmış mülahizə təkzib olunub.

Press.az xəbər verir ki, bir qrup almaniyalı və isveçrəli tədqiqatçıların “Science” nəşrində dərc olunmuş araşdırmasına görə, bu əsrin sonunda payız indikindən iki-üç həftə gec yox, əksinə, 6 gün tez başlaya bilər. Bu qənaət ağacların karbon qazı istehlakı həcmi, yarpaq tökülməsi dövrü üzərində müşahidələrə söykənir.

“On illər ərzində ağacların böyümə dövrünün uzanmasını, yarpaq tökülməsinin daha gec baş verməsini zənn etmişik. Yeni tədqiqat isə ağacların daha sürətlə böyüməsi nəticəsində yarpaqların da tez töküldüyünü ortaya çıxardı”, - deyə Sürix Universitetinin professoru Tomas Krouter bildirib.

Müəlliflərin fikrincə, bu tədqiqat sayəsində Yer kürəsindəki isinməyə başqa tərəfdən baxaraq fəsadlarına qarşı yeni mübarizə üsulları hazırlamaq mümkün olacaq.

Oxşar xəbərlər
OTACI