logo
First slide

Azərbaycanda dərslər bu tarixdə BAŞLAYA BİLƏR - AÇIQLAMA

27 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəbər verdiyimiz kimi, noyabrın 26-da Azərbaycanda yoluxma sayı kəskin artıb. Belə ki, 3 705 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib. Yoluxma sayı ilə əlaqədar məktəblərdə distant təhsil davam edir. Və bu gün hər kəsi maraqlandıran sual ənənəvi təhsilə nə zaman keçiləcəyidir.

Press.az xəbər verir ki, bununla bağlı konkret.az-a açıqlamasında professor Adil Qeybulla aşağıdakıları bildirib:

“Rəsmi rəqəmlər sadəcə həkim yoxlanışından keçən və analiz verən şəxslərin sayıdır. Xeyli insanlarımız var ki, həkimə müraciət etmədən evdə müalicə olunurlar. Məktəblər açıq olsaydı, vəziyyət daha da ağırlaşardı. İnsanların bir-birini yoluxdurması üçün daha əlverişli mühit yaranardı. Düşünürəm ki, onlayn dərslərin rahat keçirilməsi üçün tədbirlər görülməli, internetin sürəti artırılmalıdır. Çünki müasir dövr internet dövrüdür. Bütün dünyada dərslər onlayn keçirilir. Bu, məcburi qaydadır. Ona görə də, bunun uyğun forması tapılmalıdır.

Ola bilər ki, gələcəkdə bu üsulla dərslərin keçirilməsi tam reallaşsın. Çünki bu cür pandemiyalar həmişə ola bilər. XXI əsr pandemiya əsridir. Biz hələ yeni sürprizlərlə də qarşılaşa bilərik. Hesab edirəm ki, buna görə də, onlayn dərslərə alışmaq lazımdır. Tədrisin bu istiqamətində daha keyfiyyətli proqramlar və daha müasir informasiya imkanı verən vasitələr yaratmaq zəruruidir. İnternetin sürətinin optimallaşdırılması vacibdir. Mən hesab edirəm ki, kollektiv immunitet formalaşarsa, yoluxma sürəti səngiyəcək. Belə olduğu halda yanvar ayından sonra yəqin ki, tədricən ənənəvi təhsilə qayıda bilərik”.

Oxşar xəbərlər
OTACI
OTACI