Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Laçınlı şəhidimiz qəhrəmanlığı ilə dastan yazdı: Ölümünə dözə bilməyən atası vəfat etdi - VİDEOREPORTAJ

27 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əslən Laçından olan polkovnik-leytenant Rəşad Sadıqovun ən böyük arzusu ata yurdunun düşmən tapdağından azad edilməsi olub. Elə Laçın uğrunda gedən döyüşlərdə də şəhidlik zirvəsinə ucalıb.  

Press.az Baku TV-yə istinadən xəbər verir ki, Rəşad Sadıqov Zəngilan, Qubadlı, Füzuli və Cəbrayılın işğaldan azad edilməsində müstəsna xidmətlər göstərmiş zabitlərimizdən olub. 

Qələbə xəbərlərini ilk olaraq atası Xanlar Sadıqovla bölüşüb. Lakin Rəşadın ölüm xəbərinə dözə bilməyən ata şəhid oğlunu dəfn edəndən 13 gün sonra vəfat edib.

Bu gün Rəşadın iki övladı yadigar qalıb: 11 yaşlı Nihat və doqquz yaşlı Nuray.

Nihat deyir ki, atası hər zaman onun qəhrəmanı olub. Bu gün isə o, bütün Azərbaycanın qəhrəmanıdır.

Oxşar xəbərlər
OTACI