Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

SOCAR-da çalışan əsgər: “Anasız böyümüşəm. Anam Vətənimdir!”

27 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İkinci Qarabağ Müharibəsi başlayan gündən ön cəbhədə olan əsgərlərimiz sırasında Elçin Əhmədov da var.

Bu barədə Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Bildirlib ki, Elçin Əhmədov 2008-ci ildən SOCAR-ın Neft-qaz tikinti Trestində çilingər işləyir. Uşaq ikən valideynlərini itirən Elçin Əhmədov - “Anasız böyümüşəm. Anam Vətənimdir və canımı qurban verməyə hazıram” deyir. O Hadrut və Şuşanın işğaldan azad edilməsi əməliyyatlarında qəhrəmanlıq göstərib.

Qeyd edilib ki, uşaq evində böyüyən Elçin ön cəbhədə tikililərdən birinin divarına yazdığı “Maştağa 1 N-li internat” sözləri ilə məşhurlaşan əsgərimizdir:

“Elçin Əhmədov və qardaşı Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərindən SOCAR-da təhsilə və işə cəlb edilib, eləcə də  mənzillə təmin olunmuş gənclərimizdəndir. Qələbə sevincini bizə yaşadan  zabit və əsgərlərimizlə qürur duyuruq. Qarabağ Azərbaycandır!”

Oxşar xəbərlər
OTACI