Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyalı epidemioloq: “Peyvənd edilənlər də yoluxa bilər”

27 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyada peyvəndləmədən sonra COVID-19-a yoluxma ehtimalı barədə açıqlama verilib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Aleksandr Qorelov danışıb.

Onun sözlərinə görə, koronavirusa qarşı peyvənd edilənlər də virusa yoluxa bilərlər:

“Mütləq bir qorunma yoxdur, ancaq peyvənd olunan infeksiyanı daha yüngül keçirir. Hər hansı bir infeksiyaya qarşı 100% qorunma yoxdur”.

Mütəxəssis əlavə edib ki, əgər kimsə peyvənddən sonra koronavirus xəstəliyinə yoluxsa, onda sətəlcəm, ürək və böyrək zədələnməsini kimi ağırlaşmalar olmayacaq.

O, həmçinin, peyvənd edildikdən sonra fərdi qoruyucu vasitələrdən istifadəyə davam etməyin lazım olduğunu da deyib.

Oxşar xəbərlər
OTACI