Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tramp Ağ Evi hansı halda tərk edəcəyini açıqladı

27 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ Prezidenti Donald Tramp Ağ Evi hansı halda tərk edəcəyini açıqlayıb.

Press.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, D.Tramp jurnalistlərə bildirib ki, seçicilər kollegiyası demokrat Cozef Baydenə səs versələr, o, Ağ Evi tərk edəcək.

ABŞ-ın hazırkı prezidenti bildirib: "Kütləvi saxtakarlıq olduğunu bildiyimiz üçün təslim olmaq çox çətindir. Zaman bizim tərəfimizdə, hər şey, faktlar bizim tərəfimizdə. Kütləvi saxtakarlıq var idi, ölkəmizdə belə bir şey olmamalı idi, biz sanki üçüncü dünya ölkəsiyik. Maşınlarımız var (səslərin sayılması üçün - red.), amma heç kim onların necə sayıldığını bilmir".

D.Tramp qeyd edib ki, seçicilər kollegiyası C.Baydenə səs verməklə səhvə yol verəcəklər, çünki seçkilərdə saxtakarlıqlar baş verib.

Oxşar xəbərlər
OTACI