Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"İstəyimiz qələbə qazanmaq idi, amma alınmadı" - Qurban Qurbanov

27 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 4-cü  turunda Türkiyədə "Sivasspor"a 2:3 hesabı ilə uduzduqları oyunu şərh edib.

Press.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib: "Sivasspor"u təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdilər. Məğlubiyyətə üzülürəm, amma rəqibi təbrik edirəm. Onlara digər matçlarda uğurlar arzulayıram. Oyunçularım qalib gəlmək üçün hər şeyi etdi. Ancaq nəticədə məğlub olduq. Futbolda belə hallar olur. Bizim də istəyimiz qələbə qazanmaq idi, amma alınmadı".

O, komandanın heyətindəki problemlərdən də danışıb: "Çox dəyişiklik etmədik. 1-2 oyunçumuz meydana çıxa bilsəydi, oyunu sürətləndirə bilərdik. Əlimizdəki futbolçularla ən doğrusunu etməyə çalışdıq".

Q.Qurbanov heyətdə itkilər olmasına baxmayaraq, komandasının yaxşı mübarizə apardığını söyləyib: "Rəqib futbolçuların xüsusilə də hücum xəttində ustalıq səviyyəsi yüksək idi, əllərinə düşən fürsətlərdən maksimum istifadə etdilər. Bu gün gəncləri qazandıq, onlar üçün böyük təcrübə oldu. Qrupda iki oyunumuz qaldı, bu oyunlara maksimum hazırlaşıb yaxşı nəticə qazanmaq üçün meydana çıxacağıq".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI