Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistan parlamentində dava: “Paşinyan Azərbaycanda animasiya filmlərinin qəhrəmanına çevrilib” - VİDEO

26 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan parlamentində deputatlar arasında dava düşüb.

Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

Dava “Mənim addımım” Partiyasının deputatı Amazasp Danielyanın çıxışı zamanı başlayıb. Belə ki, “Çiçəklənən Ermənistan” Partiyasının deputatı Mikael Melkumyanın müharibədəki məğlubiyyətlə bağlı sualına A.Danielyan kobud cavab verib.

Bu zaman müxalif partiyanın daha bir üzvü Naira Zoqrabyan baş nazir Nikol Paşinyanın Azərbaycanda animasiya filmlərinin qəhrəmanına çevrildiyini söyləyərək müdaxilə edib.

A.Danielyan isə cavabında “siz də Azərbaycanda super ulduzsunuz” deyib. Bundan sonra parlamentdə dava düşüb.

Erməni deputatları yalnız mühafizəçilərin yardımı ilə ayırmaq mümkün olub.

Oxşar xəbərlər
OTACI