Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirus və qrip əleyhinə yeni müalicə üsulu tapıldı

26 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ alimləri qrip kimi viral infeksiyaları, həmçinin HİV və SARS-CoV-2 koronavirusu da daxil olmaqla digər patogenlərə qarşı təsirli ola biləcək yeni müalicə üsulu hazırlayıblar.

Bu barədə “Nature Communications” jurnalında dərc olunmuş məqalədə bildirilir.

Tədqiqatçıların hazırladığı antiviral dərmanlar yoluxmuş hüceyrələri hədəf alır və sağlam hüceyrələrə zərər vermir.

Onlar bunu etmək üçün viral ferment neyraminidazın inhibitoru olan zanamiviri sərbəst viruslar və virusa yoluxmuş hüceyrələrin səthində xüsusi fəaliyyət göstərən dinitrofenil ilə birləşdirərək bir molekul sintez ediblər.

Məlum olub ki, molekul eyni vaxtda hüceyrədən virusların sərbəst buraxılmasına təzyiq göstərir, həm virusların özlərini, həm də yoluxmuş hüceyrələri aradan qaldırır.

Oxşar xəbərlər
OTACI