Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 527 mindən çox artıb

26 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 527 mindən çox artıb.

Press.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 527 326 nəfər yeni koronavirusa yoluxub, 9 989 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 59 481 313, ölənlərin isə 1 404 542 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxşar xəbərlər
OTACI