Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə bu gün koronavirusdan ölənlərin sayı 168 nəfərə çatıb

25 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) daha 168 nəfər ölüb.

Bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb. 

O bildirib ki, gün ərzində 6814 nəfərdə koronavirus aşkarlanıb. 3911 xəstə isə sağalaraq evə buraxılıb. 

Nazir hazırkı vəziyyəti acınacaqlı adlandırıb: 

“Ağır xəstə sayımız 4641 nəfər olub. Ölüm sayı da bu gün ən yüksək rəqəmdir”.

Qeyd edək ki, Türkiyədə indiyədək 467 730 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 12 840  nəfər ölüb.

Oxşar xəbərlər
OTACI