Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İşəgötürənin vəzifələri və məsuliyyəti artırıldı

25 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda işəgötürənin vəzifələri və məsuliyyəti artırılıb.

Press.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunda qeyd olunub.

Qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan işəgötürən müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb ediləcək.

Əvvəl bu məsuliyyətə işçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən işəgötürənlər cəlb olunurdu.

Qeyd edək ki, bu hal aşkar olunduqda tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam veriləcək.

Oxşar xəbərlər
OTACI