Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Naftalanda 19 yaşlı şəxs itkin düşdü - FOTO

25 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Naftalanda itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Naftalan şəhərinin Qasımbəyli kənd sakini, 19 yaşlı Sahil Əhmədov noyabrın 23-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

S.Əhmədovun əlamətləri belədir: boyu 178 sm, gözlərinin rəngi qəhvəyi, saçları qaradır. Evdən çıxan zaman əynində ağ zolaqlı qara köynək, tünd göy rəngdə gödəkçə, boz rəngdə idman şalvarı və idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 02235-2-31-15  şəhər və (050) 673-13-05  mobil nömrələrinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.

Oxşar xəbərlər
OTACI