Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan ordusu Kəlbəcərə daxil olmaqla 27 illik qətnaməni icra etmiş oldu - Spiker

25 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin spikeri Sahibə Qafarova Kəlbəcərin işğaldan azad olunması ilə bağlı Azərbaycan xalqını təbrik edib.

Press.az-ın məlumatına görə, S.Qafarova bildirib ki, bu gün şanlı Azərbaycan Ordusu 1993-cü ildən bu yana erməni tapdağı altında qalan Kəlbəcərə daxil olub:

“Bununla da Azərbaycan Resbublikası BMT Təhlükəsizlik Şurasının daha bir sənədini - 27 ildən çoxdur icra olunmayan 822 saylı qətnaməsini icra etmiş oldu. Yaşasın Ali Baş Komandan, yaşasın Şanlı Ordumuz, yaşasın Azərbaycan.

Bütün Azərbaycan xalqının gözü aydın olsun, hər birinizi təbrik edirəm. Qarabağ Azərbaycandır!”.

Oxşar xəbərlər
OTACI