Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qalatasaray" rəsmisi şəhidimizin qardaşına iş təklif etdi - TƏFƏRRÜAT

24 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İçlərində "Qalatasaray" sevgisini daşıyan şəhidlərimiz - Murad Məmmədovla Fərid Dursunovun səs yazısı və vəsiyyəti günə damğa vurdu.

Dünən gecədən sosial şəbəkələrdə yayılan şəkildə Fəridin məzarı üstə Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray" bayrağının da dalğalanması böyük səs-küyə səbəb oldu.

O qədər səs-küy doğurdu ki, "sarı qırmızılar"ın 12 milyonluq "feysbuk" səhifəsində bu haqda məlumat verildi, "Qalatasaray"da prezidentin köməkçisi olan Yusuf Günay mətbuata açıqlamasında böyük vədlərlə yadda qaldı. Muradın səsinin stadionda səsləndiriləcəyi, komandanın hansısa matça "Fərid" yazılı formalarda çıxacağı, ailəsinin oyunlardan birinə dəvət olunacağı, şəhidlərin məzarının ziyarət ediləcəyi...

Offsideplus.az Murad Məmmədovun yaxın dostu Xaqan Məmmədin redaksiyamıza verdiyi məlumata əsasən xəbər verir ki, Yusuf bəy rəhmətlik Muradın qardaşı Nurlan Məmmədovla əlaqə saxlayıb. "Qalatasaray"da başqan köməkçisi vəzifəsini icra edən Günay, şəhid qardaşına başsağlığı verib, hansı köməyə ehtiyac duyduqlarını soruşub. Söhbətin sonunda isə Nurlanın işləyib-işləməməsi ilə maraqlanıb, ehtiyac yaranacağı təqdirdə işlə təmin edə biləcəyini bildirib.

Yaxın zamanlarda "Qalatasaray" rəsmilərinin şəhidlərin məzarını ziyarət etmək üçün ölkəmizə səfər edəcəyi gözlənilir. 

Qeyd: Şəkildəki rəhmətliyin dostu Xaqandır. Xaqan hərbi xidmətdən təxris olunduqdan sonra Murad əsgərliyə yola düşüb ki, Xaqan məhz bu formanı yaxın dostuna verib. 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI