Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ISESCO-nun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib

24 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Press.az-ın məlumatına görə, məktubda deyilir:

"Zati-aliləri.

Dağlıq Qarabağ bölgəsinin işğaldan azad olunması münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Bölgədəki müharibənin dayandırılması ilə bağlı xəbərləri sevinclə qarşıladıq. Azərbaycan ilə Ermənistan arasında əldə edilən və imzalanan razılaşma ölkələriniz arasındakı hərbi əməliyyatlara faktiki olaraq son qoydu. Bu nəticə beynəlxalq səviyyədə Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan dünyada əlamətdar hadisə kimi qeyd olunur.

Azərbaycan hökuməti və xalqı bu Qələbəni Sizin uzun sürən münaqişəyə davamlı həll yolu tapmaq və dünyanın bu mühüm bölgəsindəki vəziyyəti normallaşdırmaq üçün nümayiş etdirdiyiniz qətiyyət və müdrik rəhbərliyiniz sayəsində qazandı.

ISESCO bu layiqli qələbəni Azərbaycan Respublikası ilə birlikdə qeyd edir və qarşıdakı illərdə təşkilatın imkanları daxilində ölkənizin rifah və tərəqqi istiqamətində bütün səylərini dəstəkləməyə davam edəcəkdir.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Yaşasın Azərbaycan Respublikası!".

Oxşar xəbərlər
OTACI