Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cəlilabad sakinləri Bakıda narkotiklə tutuldu

24 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri həyata keçirib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə axtarışda olan Cəlilabad şəhər sakinləri Sadiq Əliyev və Fərhad Tomarov Bakı şəhəri Xətai rayonu ərazisində saxlanılıblar.

Onların kirayə yaşadıqları Xətai rayonundakı evdən 19 ədəd bağlamada çəkisi 3 kiloqrama yaxın narkotik vasitə heroin, 4 bükümdə çəkisi 200 qram həşiş qətranı, 50 qram tiryək, 1 kiloqram psixatrop maddə metamfetamin, hər birində 100 ədəd həb olmaqla 15 qutu “Metadon-40” tərkibli dərman preparatları və elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI