Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT - FOTO

24 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Salyan Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. 

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyinin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Qasımov Ramin Əjdər oğlu Salyan Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin edilib.

Xatırladaq ki, R.Qasımov Azərbaycan Tibb Universitetində Ümumi cərrahiyyə üzrə internaturanı bitirdikdən sonra Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində fəaliyyət göstərib.

Eyni zamanda, Türkiyə Cümhuriyyəti Ankara Yüksək İxtisas Klinikasında təkmilləşmə və ixtisasartırma kursları keçmiş, qastroenteroloji mövzulara həsr olunmuş 50-yə yaxın seminar və təlimlərdə yaxından iştirak edib. 

R.Qasımov 2012-ci ildə elmi tədqiqat işini müdafiə edərək, Tibb üzrə fəlsəfə doktoru adına layiq görülüb.

 

Oxşar xəbərlər
OTACI