Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hazırda süni tənəffüs aparatına qoşulan xəstələrin sayı həddindən çoxdur - TƏBİB

24 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hazırda süni tənəffüs aparatına qoşulan xəstələrin sayı həddindən çoxdur.

Press.az-ın məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib.

Onun sözlərinə görə, infeksiyaya nəzarət işlərinin gücləndirilməsi çox vacibdir: “Uzun müddət iş aparmışıq ki, insanlar qrip olduqları zaman antibiotiklər içməsinlər. İndi bu məsələ daha çətin məqama gəlib çatıb. Təəssüf ki, COVİD testi pozitiv çıxan bütün xəstələrimiz evdə antibiotik qəbul etməyə başlayırlar. Onlar mümkün olan bütün dərmanları evdə qəbul edirlər. Hətta yüngül vəziyyətdə olan xəstələr də özlərinə antibiotiklər vurdururlar. Bu, dəhşətlidir. Bu, orqanizmdə rezidentliyə yol açır. Biz COVİD problemi bitəndən sonra rezidentlik problemi ilə üzləşəcəyik”.

Y.Qarayeva bildirib ki, hazırda xəstə sayının çox olması və personalın sayının az olması da çox ciddi məsələdir: “Təəssüf ki, hazırda hər xəstəyə bir tibb bacısı qoya bilmirik”.

Oxşar xəbərlər
OTACI