Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Antimikrob dərmanlardan uzunmüddətli istifadə ictimai səhiyyə üçün təhdid yaradır - ÜST

24 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Pandemiya dövründə antimikrob dərmanlardan istifadə bu preparatlara qarşı davamlılığın yaranmasına səbəb ola bilər.

Press.az-ın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib.

Onun sözlərinə görə, antimikrob dərmanlardan uzunmüddətli istifadə ictimai səhiyyə üçün təhdid yaradır: “Hazırda COVİD-19-a qarşı xüsusi müalicə yoxdur. Hazırda ÜST peyvəndlərin hazırlanması və sınaqdan keçirilməsi səylərini dəyərləndirir”.

18-24 noyabr tarixlərində Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinin qeyd edildiyini xatırladan H.Harmancı bildirib ki, ağır vəziyyətdə olan və bakterial problemləri olan xəstələrə antibiotik dərmanlardan istifadə tövsiyə edilir.

Oxşar xəbərlər
OTACI