Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Son bir gündə 542 mindən çox insanda COVID-19 aşkarlanıb

24 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı son 24 saatda 542 min artaraq 58,42 milyonu ötüb.

Press.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Eyni zamanda son sutkada dünyada təhlükəli infeksiyadan 7,8 mindən çox ölüm qeydə alınıb. Beləliklə, dünyada COVID-19-dan ölənlərin sayı 1,38 milyon nəfəri ötüb.

Təşkilata daxil olan məlumata görə, dünyada təhlükəli infeksiyaya 58 425 681 yoluxma və 1 385 218 ölüm haqqında məlumatlar daxil olub. Yoluxanlarınların sayı bir gün ərzində 542 757 nəfər, ölənlərin sayı 7 825 nəfər artıb.

Gün ərzində yoluxmaların çoxu (251 823) Şimali və Cənubi Amerikanın payına düşür. Siyahıda ikinci yerdə Avropa (189 511), üçüncü yerdə cənub-şərqi Asiya (53 986) qərarlaşıb.

Bu günə qədər sutkalıq rekord yoluxma noyabrın 14-də qeydə alınıb və 667 123 yoluxma təşkil edib.

Oxşar xəbərlər
OTACI