Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Təhsil naziri Əziz Sancara təşəkkür etdi

23 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Təhsil naziri Emin Əmrullayev 3 yaşlı Xədicənin gələcək təhsili üçün göstərdiyi dəstəyə görə dünyaca məşhur alim, Kimya üzrə Nobel mükafatçısı Əziz Sancara təşəkkür məktubu ünvanlayıb. 

Press.az xəbər verir ki, nazir şəxsi feysbuk səhifəsində də Əziz Sancarın ünvanına bu sözləri qeyd edib:

 "Dünyaca məşhur alim, Kimya üzrə Nobel mükafatçısı Əziz Sancarın 3 yaşlı Xədicənin gələcək təhsilinə göstərdiyi dəstək bizi sevindirdi. Göstərdiyi bu təşəbbüsə və dəstəyə görə çox hörmətli Əziz Sancara bütün təhsil ictimaiyyəti adından dərin təşəkkür edirik. Xədicənin gələcək təhsili üçün atılan bu addım, eyni zamanda Qarabağla bağlı Azərbaycanın haqq işinə də böyük dəstəkdir".

Oxşar xəbərlər
OTACI