Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazarov 2 dəqiqə oynadı, qol vurdu

22 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilir.

Press.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” bu gün “Darmştadt”ı qəbul edib.

Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matça ehtiyatdan başlayan Nazarov 90+1-ci dəqiqədə meydana daxil olub və cəmi 2 dəqiqə sonra qol vuraraq oyunda son nöqtəni qoyub.

Qeyd edək ki, xallarının sayını 12-yə çatdıran “Aue” turnir cədvəlində 7-ci pilləyə yüksəlib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI