Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Pike 6 ay oynamaya bilər

22 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Barselona”nın ötən gün La Liqanın 10-cu turunda “Atletiko” ilə matçda (0:1) zədələnən futbolçusu Jerar Pikenin durumuna aydınlıq gəlib.

Press.az “Sport.es”ə istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçinin əməliyyat edilməsinə ehtiyac olmasa, o, təxminən 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

İspaniyalı oyunçu əməliyyat olunacağı təqdirdə 2-6 ay müddətində komandasına kömək edə bilməyəcək.

Pikenin əməliyyat edilib-edilməyəcəyi isə dəqiq tibbi müayinədən sonra məlum olacaq.

Qeyd edək ki, Pike sözügedən oyunun 62-ci dəqiqəsində əvəzlənərək, meydanı göz yaşları ilə tərk etmişdi.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI