Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirus xəstəsi karantin postunda saxlanıldı

22 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəkidə rayon ərazisində qurulmuş karantin postunda yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən Press.az-a verilən məlumata görə, həmin şəxsin rayonun Qoxmuq kənd sakini F.Nəsibov olduğu müəyyən edilib. Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq F.Nəsibov qaydaları pozaraq yaşadığı evi tərk edib.

O, polis əməkdaşlarının da müşayiəti ilə yaşadığı evə geri qaytarılıb.

F.Nəsibov barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI