Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

""Qarabağ"la matçda yaxşı nəticə qazanmalıyıq" - "Sivasspor"un prezidenti

22 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor”un prezidenti Məcnun Otyakmaz Ağdam təmsilçisi ilə keçirəcəkləri oyundan danışıb.

Press.az "Fanatik"ə istinadən xəbər verir ki, Superliqanın 10-cu turunda “Fatih Karagümrük”lə keçirilən oyundan (1:1) sonra açıqlama verən 55 yaşlı yaşlı rəhbər bunları deyib:

“Avropa Liqası oyunlarımız və koronavirus pandemiyasına görə meydana problemli və dəyişik bir heyətlə çıxmışdıq. 70 dəqiqə yaxşı oynadıq və çoxlu sayda qol epizodlarımız oldu. Ancaq onları qola çevirmirsənsə, hər hansı bir mənası qalmır. Vurmayana vurarlar prinsipi oldu. Bir penalti epizodu vardı. İzləmədiyim üçün çox şey deyə bilmirəm. Amma mənə VAR hakimkərinin səhv qərar veridiyi barədə zənglər gəldi. Həmin epizodu izləyəcəyəm. Son illər Hüseyin Göçekin təyin olunduğu qarşılaşmalarda problem yaşayırıq. Nə isə baş verir. Təəcüblənirik. inşallah, düzgün qərar verər.

Qarşıdakı çətin matçlar olacaq və heyətdə itkilərimiz var. Böyük uğurları hədəfləyirsinizsə, bu çətinlikləri aşmalısınız. Gələn həftə “Qarabağ”la üz-üzə gələcəyik. Heyətdəki əskiklərə baxmayaraq, “Qarabağ” önünə yaxşı “11-lik”lə çıxacağıq. “Makkabi” ilə matçın final görüşü olması üçün “Qarabağ”la oyunda yaxşı nəticə qazanmalıyıq”.

Qeyd edək ki, Azərbaycandakı hərbi vəziyyət səbəbindən noyabrın 26-da İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Sivasspor” oyunu Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI