logo
First slide

Ərdoğanın sözçüsü: Qarabağda fəaliyyət üzrə Rusiya ilə danışıqlar davam edir

22 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Silahlı Qüvvələri müdafiə sahəsində çoxdan Azərbaycan tərəfi ilə fəal və sıx qarşılıqlı əlaqədədirlər.

Press.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində bildirib.

O, qeyd edib ki, Türkiyənin hərbi qulluqçuları Qarabağda olacaqlar.

“Yəni müəyyən mənada biz çoxdan Azərbaycandayıq. İndi Cənubi Qafqaza hərbi qulluqçuların göndərilməsi haqqında fərmanın layihəsi parlamentdən keçib. Bu o deməkdir ki, biz monitorinq mərkəzinin hissəsi kimi Qarabağda olacağıq", - Türkiyə liderinin mətbuat katibi deyib.

İbrahim Kalın diqqəti Qərbdəki müəyyən dairələrin Rusiya hərbçilərinin Dağlıq Qarabağa daxil olması ilə bağlı narahatlığına cəlb edib. "Qarabağa Rusiya hərbçilərinin olmasına narahatlığını ifadə edənlər nədənsə Ermənistanda Rusiya hərbi bazasının mövcudluğunu susurlar. Əgər siz həqiqətən Qafqazdakı rus qoşunlarından narazısınızsa, onda Rusiya Federasiyasının hərbi bazasının Ermənistandan çıxarılmasını tələb edin. Amma sizin buna gücünüz yoxdur!", - Kalın deyib.

Türkiyə prezidentinin mətbuat katibi xatırladıb ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin dayandırılması haqqında razılaşma təşəbbüsü ilə çıxış edəndə rəsmi Ankara bu ideyanı dəstəkləyib, amma razılıq əldə edilməyib. Bu, Fransanın özünə də aiddir.

"Nə NATO, nə də Avropa Birliyi faktiki olaraq Qarabağ üzrə konkret və reallaşdırılan təkliflə çıxış etdi, halbuki Moskva və Ankara 30 illik münaqişənin nizama salınması üzrə qarşılıqlı anlaşmaya nail ola bildi", - Kalın deyib.

Onun sözlərinə görə, Rusiya ilə Qarabağ üzrə Monitorinq mərkəzinin fəaliyyəti üzrə danışıqlar davam edir. "Dialoqun birinci mərhələsi qurtardı. Rusiya tərəfi Ankaranın mövqeyi haqqında məlumatlandırılıb. İndi Rusiya nümayəndə heyətinin üzvləri Kremldən müvafiq təlimatları alacaqlar. Dialoqda Türkiyənin Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin və xüsusi xidmət orqanlarının nümayəndələri iştirak edirlər. Yaxın günlərdə mərkəzin yeri və iş prinsiplərini müəyyən ediləcək. Kimin nəyə məsul olması dəqiq müəyyənləşdiriləcək. Hər halda Türkiyə hərbi qulluqçuları Qarabağ üzrə mərkəzdə olacaqlar", - Kalın əlavə edib.

Oxşar xəbərlər
OTACI
OTACI