Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ"ın 3 yaşlı xüsusi qonağı - FOTOLAR - Video

22 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ"ın direktoru Əmrah Çelikel  komandanın 3 yaşlı azarkeşi İpək Məcidə klubun hədiyyələrini təqdim edib.

İpək Məcid atasının müşayiəti ilə dünən "Sumqayıt"la oyundan öncə "Qarabağ"ın bazasında olub. Bu zaman klubun rəhbərliyi, baş məşqçi Qurban Qurbanov, "Qarabağ"ın futbolçuları və əməkdaşları ona xüsusi mehribanlıq, nəvaziş göstəriblər.

İpək Məcid Ağdamın işğaldan azad olunmasına görə "Qarabağ"lıları təbrik edib, hədiyyələrə görə isə təşəkkürünü bildirib. O, daha sonra Premyer Liqanın "Qarabağ" - "Sumqayıt" matçını izləyib.

Qeyd edək ki, İpək Məcid Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin nəvəsidir.

İpək Məcid matça getməzdən əvvəl "İnstaqram" səhifəsində də "Qarabağ"a uğurlar arzulayıb.

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI