logo
First slide

"Qarabağ"ın rəqibi "Real"la heç-heçəyə razılaşdı - Video

21 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Vilyarreal” La Liqada növbəti oyununa çıxıb.

Press.az xəbər verir ki, Marselino Qarsiyanın kollektivi 10-cu turda “Real”ın qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Oyunda hesabı 2-ci  dəqiqədə “kral klubu”nun futbolçusu Mariano Dias açıb. Cerard Moreno isə 76-cı dəqiqədə penaltini dəqiq yerinə yetirərək, “Vilyarreal”ı məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, çempionatın turnir cədvəlinə 20 xalla “Soysedad” başçılıq edir. “Vilyarreal” 19 xalla 2-ci., “Atletiko” isə 17 xalla 3-cüdür.

 

Oxşar xəbərlər
OTACI
OTACI