Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qarabağda yaşayacaq ermənilər Azərbaycan pasportu daşıyacaqlar

21 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

10 noyabr sülh anlaşmasından sonra  köçkünlər tədricən evlərinə dönürlər. Son bir həftədə 5 mindən artıq köçkün Qarabağa qayıdıb. Bəs geri qayıdıb Qarabağda yaşayacaq ermənilər hansı pasportla hərəkət edəcək?

Press.az xəbər verir ki, “EADaily” nəşri bu sualla politolaq İlqar Vəlizadəyə nüraciət edib. Politoloq cavabında bunları deyib:

“Rusiya sülhməramlılarının yerləşdiriləcəyi ərazilərdə azərbaycanlı məcburi köçkünlərlər ermənilərlə birgə dinc şəraitdə yaşayacaq. Onların hər birinin hüquqları Azərbaycan Konstitusiyası ilə qorunacaqdır. Və burda yaşayacaq ermənilər qanunauyğun şəkildə Azərbaycan pasportu alacaqlar. Çünki Azərbaycan əraziləri olan Dağlıq Qarabağ həmçinin Azərbaycanın nəzarətindədir. Və bu torpaqlarda başqa ölkələrin pasportu ilə yaşamaq tamamilə qəbuledilməzdir”.

Oxşar xəbərlər
OTACI