Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hərbçimizin yaşadığı evə qaz çəkildi - VİDEO

21 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəlilabad rayonundan hərbi xidmətə çağırılan hərbçi Fariz Ağayevin yaşadığı ev qazla təmin edilib.

Bu barədə Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib.

O deyib ki, artıq məsələ öz həllini tapıb:

“Cəlilabad rayonundan hərbi xidmətə yollanan hərbçi Fariz Ağayev barəsində yazılı müraciət təmin olunub. Lənkəran Regional qaz istismarı İdarəsinin əməkdaşları onun ailəsinin yaşadığı evə qaz çəkilişini icra ediblər”.

 “Qaz çəkilişi zamanı daha bir xoş xəbər gəlib. Farizin əvvəlcə itkin düşdüyü deyilsə də, sonradan sağ olduğu bilinib. Əsgərimiz sağ-salamat evinə qayıtsın inşallah”, - deyə qurum rəsmisi əlavə edib.

Oxşar xəbərlər
OTACI