Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ərdoğan: “Qələbə sevincini qardaş Azərbaycanla birlikdə yaşadıq”

21 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qardaş Azərbaycanla birlikdə 30 illik fəlakəti sona çatdıran qələbənin sevincini yaşadıq”.

“Haber Global”ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin  Afyonkarahisar, Kütahya, Batman və Siirt vilayət təşkilatlarının konqresində bildirib.

Dövlət başçısı çıxışı zamanı demokratiya və inkişaf üçün aparılan mübarizənin qarşısını ala bilməyəcəyini görənlərin son yeddi ildə onlara qarşı əllərindəki bütün kartları açdıqlarını deyib:

“Bizi Suriya sərhədimiz boyunca terror dəhlizi ilə əhatə etməyə çalışdılar, əməliyyatlarımızla bu qanlı zənciri qırdıq... Liviyada başqa bir oyuna girdilər. Orada da həvəslərini qursaqlarında qoyduq. Ermənistanı təhrik edərək Qafqazda başqa bir şey etməyə çalışdılar. Qələbə sevincini qardaşlarımızla birlikdə yaşadıq. Millətimizə söyləyəcək heç bir sözü olmayanları bir araya gətirərək siyasət mühəndisliyinə girişiblər. Bunda da uğursuzluğa düçar olacaqlar”, - deyə o bildirib.

Türkiyənin dövlət başçısı əsas hədəfin dostlar və müttəfiqlərlə daha güclü əməkdaşlıq qurmaq istəyi olduğunu vurğulayıb.

Oxşar xəbərlər
OTACI