logo
First slide

Çempion idmançı prezidentə təşəkkür etdi

21 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sambo üzrə Dünya və Avropa çempionu  Vüqar Məmmədov prezident İlham Əliyevə təşəkkür edib.

Press.az V.Məmmədovun yazdığı təşəkkür məktubunu diqqətə çatdırır:

“Möhtərəm cənab Ali Baş Komandan İlham Əliyev, ilk öncə Azərbaycan xalqına yaşatdığınız qələbə münasibəti ilə sizə dərin təşəkkürümü bildirirəm.

Mən sambo üzrə dünya və Avropa çempionu Ağdam şəhərində doğulub, boya-başa çatmışam. 28 illik vətən həsrətindən sonra doğma Ağdamımızı yenidən bizə bəxş etdiniz.

Bunun üçün bir daha aliəmiz adından sizə dərin təşəkkürümüzü bildiririk.

Daim sizin siyasətinizi yaxından izləyirəm və hər zaman bir idmançı kimi sizin və dövlətimizin yanında olmağımı özümə borc bilirəm.

Azərbaycanın bayrağın hər zaman qalib olaraq qaldırdığımda bir amalım dövlətimizi dünyaya tanıtmaq olub. Siz bu neçə illər ərzində daim olkəmizi bütun dünyaya müxtəlif sahələrdə tanıtmısınız.

Daim dövlətimizin çiçəklənməyi, inkişaf etməsin istəmisiniz və buna da nail olmusunuz.

Bunun  ən bariz nümunəsi torpaqlarımızı tam olaraq isğaldan azad etməyinizdir.

Yaşasın cənab Ali Baş Komandan!

Yaşasın ordumuz!

Yaşasın Azərbaycan. Qarabag Azərbaycandır!

Oxşar xəbərlər
Category news

tr_star

25 Nov 2020

Category news

tr_star

24 Nov 2020

OTACI
OTACI