Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"WhatsApp"da bu YENİLİK işə düşdü: Artıq hər kəs... - FOTO

21 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəbər verdiyimiz kimi, noyabrın əvvəllərində "Facebook" şirkəti "WhatsApp" messencerində müəyyən bir müddətdən sonra yazışmaların avtomatik silinməsinə imkan verəcək yeni funksiyanın işə salınacağını elan etmişdi.

Press.az ixbt.com-a istinadən xəbər verir ki, artıq bütün "WhatsApp" istifadəçiləri bu funksiyadan yararlana bilərlər.

Təəssüf ki, istifadəçilər mesajın silinmə vaxtını özləri təyin edə bilməyəcəklər. "İtən mesajlar" adlanacaq bu funksiya aktivləşdirildiyi zaman göndərilən mesajlar 7 gündən sonra silinəcək.

Funksiyanı istənilən zaman "söndürmək" mümkündür, lakin qrup söhbətlərində bunu yalnız administrator edə bilər.

"İtən mesajlar" rejimi Android, iOS, KaiOS, "desktop" tətbiqləri və veb-versiya istifadəçiləri üçün əlçatandır.

Fotoları təqdim edirik

Oxşar xəbərlər
OTACI