Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Ermənistan "İsgəndər"dən istifadə edib" deyən generala cinayət işi açıldı

21 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın Xüsusi İstintaq Xidməti ölkənin sabiq Baş qərargah rəisi və baş hərbi müfəttişi, general-mayor Movses Akopyan barəsində cinayət işi açıb.

Press.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, onun barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb.

Qeyd edək ki, M.Akopyan bir neçə gün öncə Ermənistan cəmiyyətində əks-səda doğuran açıqlamalar vermişdi.

O bildirmişdi ki, Dağlıq Qarabağda döyüşlər davam edərkən baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan qərargahda generalların işinə müdaxilə edirdi. Onunla mübahisə etdiyi üçün general Yerevana çağırılmışdı.

Bundan başqa, M.Akopyan Ermənistandan Azərbaycana "İsgəndər" raketinin atıldığını demişdi. Bu açıqlamalarda sonra o, ifadə verməyə çağırılmışdı.

Oxşar xəbərlər
OTACI