Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Milli Məclisin iclasının gündəliyinə 6 məsələ daxil edilib

21 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin noyabrın 24-də keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb.

Bu barədə Press.az-a Mİlli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Müzakirə olunacaq 6 məsələ aşağıdakılardır:

1. “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında ( ikinci oxunuş)

2. “Azərbaycan Respublikasının “Vətən Müharibəsinin Qəhrəmanı” adının təsisi edilməsi haqqında” qanun layihəsi barədə (ikinci oxunuş)

3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə (üçüncü oxunuş)

4. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) Azərbaycan Respublikasının yubley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş)

5. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş)

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi haqqında (ikinci oxunuş)

Oxşar xəbərlər
OTACI