Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Təxirə salınan "Sabah" - "Səbail" matçıyla bağlı detallar bilindi

21 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Premyer Liqamızın X turu təxirəsalınmayla başlamalı olur. Belə ki, Sabah” – “Səbail” oyununun bəzi futbolçuların yenidən COVİD-19 testindən keçəcəyi üçün 21.11.2020 tarixdə baş tutmayacağı haqda keçən gecə PFL-in rəsmi saytında xəbər yerləşdirildi. O da bildirildi ki, matçın tarixi ilə bağlı əlavə məlumat adıçəkilən qurumun rəsmi saytında yerləşdiriləcək.

Press.az xəbər verir ki, Sport24.az-ın əldə etdiyi məlumata görə, problem "Səbail" tərəfdə aşkarlanıb. Çünki "Sabah"da testlərin nəticələrinin hamısı neqativ çıxıb. Məlumatı "dənizçilər"in baş məşqçisi Aftandil Hacıyev də təsdiqləyib:

"Bizdə təkrar testə ehtiyac var. Bunu etməli olduğumuzdan, oyun təxirə salındı. Testin cavabları çıxandan sonra qərar veriləcək. Qaydaya görə, dünən test verdik. Komandamızın üzvlərinin bəzilərində şübhəli məqamlar olduğundan, yenidən testin verilməsinin zərurliliyi ortaya çıxdı. Səhər testi verdik, cavabını gözləyirik. Bunun axşamı olması gözlənilr, axşam saat 6-dan sonraya bilinər. Bu günə çatdıra bilməslər, qalacaq cavabı sabaha. Təkrar testlərin cavablarında sonra oyunun tarixiylə bağlı PFL qərar verəcək".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI